>
Fa   |   Ar   |   En
   mövlanə cəlaləddin rumi şəxsiyyətinin azərbaycanda öyrənilməsinə dair  
   
نویسنده məmmədzadə cavanşir
منبع چهارمين همايش بين المللي يگانگي و بيگانگي در انديشه عرفاني مولانا - 1400 - دوره : 4 - چهارمین همایش بین المللی یگانگی و بیگانگی در اندیشه عرفانی مولانا - کد همایش: 00201-52330 - صفحه:0 -0
چکیده    Təsəvvüf tarixinin ən parlaq simalarından biri mövlana cəlaləddin rumi yetkin sənət nümunələri, kamil ədəbi və fəlsəfi görüşləri ilə öz adını və imzasını əbədiyaşar şəxsiyyətlər sırasına həkk edə bilmişdir. o, öz işıqlı yaradıcılığı ilə sufizm tarixində dərin izlər qoymuş, islamın və multikultural dəyərlərin təbliğində böyük rol oynamışdır. mövlana həyat tərzi, davranışı və qələmi ilə islam təsəvvüfünün nəzəri və təcrübi əsaslarının möhkəmlənməsinə xidmət etmişdir. o, bunu bir neçə yolla həyata keçirmişdir. ilk növbədə islam təsəvvüfünün nəzəri əsaslarını allahın buyurduqlarından, həzrət məhəmmədin (s.) kəlam və hədislərindən, görkəmli dini şəxsiyyətlərin və imamların moizələrindən, dini hekayə və rəvayətlərdən qaynaqlanan əsərlərində və nitqlərində sərgiləmiş, vəsf etdiyi həqiqətləri isə praktikada öz həyat tərzi və rəftarı ilə nümayiş etdirmişdir. eyni zamanda sadə və axıcı dilə malik, fəsahət və bəlağət dolu şeirlərini ilahi eşqin tərənnüm vasitəsinə çevirmişdir. mövlana cəlaləddin rumi fəlsəfəsinin və bədiiyyatının cövhərini təmənnasız və saf eşqin və kamil insanın vəsfi təşkil edir. eşq şairin yaradıcılığında çoxşaxəli planda əksini tapmış, bəşəri və ilahi təmayüllər qazanmışdır. ilahi eşqə varmaq və ona təslimçilik həqiqət yolunun bələdçiləri üçün ən böyük uğur sayılır. ruminin şeirləri ilahi aləmlə dünya arasında bir körpü yaradır.
کلیدواژه mövlanə cəlaləddin rumi ,şəxsiyyət ,azərbaycan
آدرس , iran
 
     
   
Authors
  
 
 

Copyright 2023
Islamic World Science Citation Center
All Rights Reserved